Salyanda ağır yol qəzası: 4 nəfər yaralanıb

  09 May 2019    Oxunub : 670
 Salyanda ağır yol qəzası: 4 nəfər yaralanıb
Salyan rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Azvision.az -ın məlumatına görə, qəza Ələt-Astara magistral yolunda qeydə alınıb. “Jiquli” markalı avtomobilin mühafizə səddinə çırpılması nəticəsində 4 nəfər Gəncə sakini xəsarət alıb. Yaralılar Salyan Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Azvision.az

Teqlər: Salyan   Qəza