ABŞ-da Heydər Əliyevin ildönümünə həsr olunan turnir keçirilib - Fotolar

ABŞ-da Heydər Əliyevin ildönümünə həsr olunan turnir keçirilib  -    Fotolar
  09 May 2019    Oxunub:1923
ABŞ-ın Kaliforniya ştatının San Dieqo şəhərində ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş geniş şahmat turniri keçirilib.
Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğundan Azvision.az -a verilən məlumata görə, Baş Konsulluğun təşəbbüsü və dəstəyilə artıq ikinci ildir keçirilən və “Bakı Açıq Şahmat Turniri 2019” adlandırılan turnir San Dieqo Şahmat Klubu tərəfindən təşkil edilib.



San Dieqo Şahmat Klubu üzvlərinin sayına görə ABŞ-da fəaliyyət göstərən ən böyük şahmat klublarından biridir. Turnirdən öncə Baş Konsulluğun konsulu Rəşad Eyvazov çıxış edərək ümummilli lider Heydər Əliyevin həyatı və siyasi fəaliyyəti barədə iştirakçıları məlumatlandırıb.



Diplomat ulu öndərin Azərbaycan xalqına dünya birliyində özünəlayiq yer tutan, qüdrətli və mütərəqqi bir dövləti əmanət qoyub getdiyini, onun əvəzsiz xidmətlərinin xalqımızın qəlbində daim yaşayacağını bildirib. Sonra çıxış edən San Dieqo-Bakı Dostluq Assosiasiyasının icraçı direktoru Martin Kruminq və San Dieqo Şahmat Klubunun vitse-prezidenti Çak Ensi Azərbaycanda şahmat idmanının inkişafı barədə ətraflı məlumat verib və iştirakçılara uğurlar arzulayıblar. Dörd turdan ibarət turnirdə müxtəlif yaş kateqoriyalarından olan 50-dən çox şahmatçı öz güclərini sınayaraq altı bölmədə mübarizə aparıblar.



Sonda hər bölmə üzrə qalib gələn idmançılara Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğu tərəfindən müvafiq şəhadətnamələr və mükafatlar təqdim olunub.
















Azvision.az


Teqlər: ABŞ   Heydər-Əliyev  





Xəbər lenti