Nazir yaralıların vəziyyətini nəzarətə götürdü

   Nazir yaralıların vəziyyətini nəzarətə götürdü
  09 May 2019    Oxunub:1725
"İsrafil Hüseynov” borudüzən gəmisində boru istehsal xəttində layihə ilə əlaqəli avadanlıqda baş verən qəza nəticəsində yaralanan şəxslər səhiyyə naziri Oqtay Şirəliyev tərəfindən xüsusi nəzarətə götürülüb.
Azvision.az xəbər verir ki, hadisə zamanı xəsarət almış şəxslərin təxirəsalınmadan sahilə çıxarılaraq Mərkəzi Neftçilər Xəstəxanasına yerləşdirilməsi təmin olunub. Yüksək ixtisaslı həkimlər cəlb edilərək zərərçəkənlərin müayinə və müalicələri aparılıb.

Qeyd edək ki, "İsrafil Hüseynov” borudüzən gəmisində boru istehsal xəttində layihə ilə əlaqəli avadanlıqda baş verən qəza nəticəsində yaralanan 14 nəfər Mərkəzi Neftçilər Xəstəxanasına yerləşdirilib. Yaralılardan 7 nəfəri reanimasiyadadır, digər 7 nəfər isə stasionar nəzarətdə saxlanılır. Reanimasiyaya yerləşdirilən 3 yaralının vəziyyəti kritikdir. Bədənlərinin 40 faizdən çoxu yanıb.

Aytən Zəhra
Azvision.az



Teqlər:





Xəbər lenti