“Bütün məcburi köçkünlər mənzillə təmin olunacaq” - Komitə sədri

  10 May 2019    Oxunub : 839
“Bütün məcburi köçkünlər mənzillə təmin olunacaq” - Komitə sədri
“Prezident İlham Əliyevin tapşırığına əsasən məcburi köçkünlərin probleminin həll edilməsi üçün işlər aparılır”

Azvision.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzdə Dövlət Komitəsinin sədri Rövşən Rzayev bildirib.
Onun sözlərinə görə, yaxın aylarda Pirallahı qəsəbəsində yaşayan bütün məcburi köçkünlər müasir mənzillərlə təmin olunacaq.

"Düşünürəm ki, təxminən il yarımdan sonra artıq biz Bakının biz neçə rayonunun adını çəkə biləcəyik ki, hansılardakı bütün məcburi köçkünlər müasir mənzillərlə təmin olunacaq. Digər planlar da var. Onlar barədə dövlət başçısı tərəfindən tapşırıq verilib. Qəzalı binalarla bağlı müvafiq işlər görülür".

Elvin Abdulqədirov
Azvision.az

Teqlər: Rövşən-Rzayev   Komitə