“AQTA işini inzibati tənbeh üzərində qurmur” - Qoşqar Təhməzli

“AQTA işini inzibati tənbeh üzərində qurmur” -  Qoşqar Təhməzli
  10 May 2019    Oxunub:2607
"Normaların pozulmasına inzibati qaydada cərimələr nəzərdə tutulur. Amma AQTA işini inzibati tənbeh üzərində qurmur. Biz bütün sahibkarlara lazımı dəstəyi göstərməyə hazırıq"
Azvision.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli deyib.

Onun sözlərinə görə, qarşıdakı 7 il ərzində sahibkarlıq strukturlarına təlim-tədris işlərində yardımçı olmaq lazımdır ki, onlar ölkəmizdə beynəlxalq standarlara uyğun qida təhlükəsizliyi sistemini qura bilsinlər.

Q.Təhməzli əlavə edib ki, qida təhlükəsizliyinin təmini torpaqdan başlayır: "Prezidentin fərmanında da qeyd olunur ki, qida təhlükəsizliyi tarladan başlamalı və tarladan süfrəyə olmalıdır . Yalnız son mərhələdə satış həyata keçirmək heç də qida təhlükəsizliyi deyil. Bitkiçilik məhsullarına tətbiq olunan aqrokimyəvi preparatların, bitki mühafizəsi vasitələrinin, quşçuluq və heyvandarlıq təsərrüfatlarında istifadə olunan yem və yem əlavələrinin, heyvan mənşəli baytarlıq preparatlarının tətbiqi ciddi önəm daşıyır. Heyvandarlıq təsərrüfatlarında heyvanlara, quşçuluq təsərrüfatlarında quşlara verilən yem və yem əlavələri həmin məhsulun təhlükəsizlik göstəricilərini birbaşa özündə əks etdirir. İstər daşınma, istər saxlanma mərhələlərində sanitar normalara əməl olunmalıdır".

Elvin Abdulqədirov
Azvision.az


Teqlər: AQTA   Sədr  





Xəbər lenti