Nailin uşaqları üçün iki günə 21 min dollar yığıldı

  10 May 2019    Oxunub : 856
 Nailin uşaqları üçün iki günə 21 min dollar yığıldı
ABŞ-ın Pensilvaniya ştatında qətlə yetirilən azərbaycanlı Nail Salamovun ailəsinə dəstək məqsədilə kampaniya davam edir.
Azvision.az -ın məlumatına görə, internet üzərindən həyata keçirilən kampaniya çərçivəsində Amerikada yaşayan soydaşlarımız Nailin uşaqları üçün maddi yardım göstərirlər. İki gün əzrində 20, 980 dollar vəsait toplanıb.



Qeyd edək ki, mayın 7-də ABŞ-ın Pensilvaniya ştatında yaşayan 37 yaşlı azərbaycanlı Nail Salamov odlu silahla qətlə yetirilib. Onun Aydın və Yaqub adlı iki övladı yadigar qalıb.

Anar Kəlbiyev
Azvision.az

Teqlər: Nail   Qətl