Apreldə evlənmək istəyirdilər, qorxulu xəstəliklər aşkar edildi

   Apreldə evlənmək istəyirdilər, qorxulu xəstəliklər aşkar edildi
  10 May 2019    Oxunub:3940
Aprel ayı ərzində evlənmək istəyən 12 123 nəfər tibbi müayinədən keçib. Onlardan 290 nəfərdə talassemiya daşıyıcılığı, 31 nəfərdə sifilis, 24 nəfərdə QİÇS aşkarlanıb.
Bu barədə Azvision.az -a açıqlamasında Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun direktoru Zöhrə Əlimirzəyeva bildirib.

İnstitut direktoru qeyd edib ki, 5 cütlüyün hər ikisində isə talassemiya daşıyıcılığı aşkar edilib: "Bu günə qədər 204 cütlüyün hər ikisində talassemiya daşıyıcılığı aşkarlanıb. Həmin ailələr hamiləlik dövründə müraciət edirlər. Elə ailələr var ki, artıq ikinci hamiləliyini yaşayır. Belə müayinələrin sayı artıq 150-dən yuxarıdır. Nəticədə doğulan talassemiyalı uşaqların sayı azalır”.

Z. Əlimirzəyevanın sözlərinə görə, 2015-ci ildən proqramın tətbiqindən bu günə qədər 542 038 nəfər müayinə olub. Belə ki, 192 53 nəfərdə talassemiya daşıyıcısı, 1777 nəfərdə sifilis, 496 nəfərdə QİÇS, 204 cütlüyün isə hər ikisində talassemiya daşıyıcılığı aşkarlanıb.

Aytən Zəhra
Azvision.az


Teqlər: QİÇS   Sifilis   Toy   Evlənmək  





Xəbər lenti