Ermənilərin cəmi 34 faizi Paşinyanı dəstəkləyir - Növbəti antirekord

Ermənilərin cəmi 34 faizi Paşinyanı dəstəkləyir -  Növbəti antirekord
  10 May 2019    Oxunub:1798
Ermənistan Milli Təhlükəsizlik Xidməti baş nazir Nikol Paşinyanın reytinqini müəyyənləşdirmək məqsədilə sorğu keçirib.

AzVision.az "Jamanak"-a istinadən xəbər verir ki, sorğuda növbəti antirekord qeydə alınıb.
“Sorğunun nəticələrinə görə, Paşinyanın reytinqi azalmaqda davam edir. Bu dəfə yeni antirekord qeydə alınıb. Belə ki, Paşinyanı rəyi soruşulanlardan yalnız 34 faiz dəstəkləyir” – qəzet yazıb.

Qəzet xatırladıb ki, cəmi üç ay əvvəl keçirilən rəy sorğusunda Paşinyanın reytinqi indikindən 30 faiz çox - 64-65% civarında olub. Paşinyanın reytinqi cəmiyyətin bütün təbəqələrində və yaş qrupları arasında azalır.

Kənan Məmmədov
AzVision.az



Teqlər: Paşinyan   Retinq  





Xəbər lenti