Hava şəraiti pisləşir, temperatur aşağı enəcək - Xəbərdarlıq

 Hava şəraiti pisləşir, temperatur aşağı enəcək -   Xəbərdarlıq
  10 May 2019    Oxunub:2532
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti sabaha gözlənilən hava şəraiti ilə bağlı xəbərdarlıq edib.

Departamentdən Azvision.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında mayın 11-də bəzi yerlərdə yağış yağacağı, 10-dan 11-nə keçən gecə bəzi yerlərdə intensiv olacağı ehtimalı var.
Gündüz yağış tədricən kəsiləcək. Şimal-qərb küləyinin sürəti 10-15, arabir 18-23 m/s olacaq, axşama doğru mülayimləşərək 7-12 m/s təşkil edəcək. Havanın temperaturu gecə 14-16, gündüz 19-23 dərəcə isti olacaq.

Respublikanın rayonlarında arabir yağış yağacağı, gecə bəzi yerlərdə leysan xarakterli intensiv olacağı gözlənilir. Bəzi dağətəyi rayonlarda dolu düşəcəyi, Böyük Qafqazın yüksək dağlıq ərazilərində qar yağacağı ehtimalı var.

Havanın temperaturu ötən günlərlə müqayisədə 5-8 dərəcə aşağı enəcək. Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli daşqın keçəcəyi ehtimal olunur. Mayın 11-də gündüz saatlarında əksər rayonlarda yağıntı tədricən kəsiləcək. Lakin mayın 12-13-də bəzi rayonlarda yenidən arabir yağıntılı hava şəraiti gözlənilir.

Mayın 12-də hava dəyişkən buludlu olacaq, əsasən yağmursuz keçəcək. Havanın temperaturu 26 dərəcəyədək yüksələcək.

Azvision.az



Teqlər: ETSN   Hava   Yağış  





Xəbər lenti