Azərbaycan Premyer Liqasında mövsüm başa çatır - Cədvəl

Azərbaycan Premyer Liqasında mövsüm başa çatır -    Cədvəl
  11 May 2019    Oxunub:2135
Bu gün Azərbaycan Premyer Liqasının sonuncu - 27-ci turuna start veriləcək.
Azvision.az xəbər verir ki, turun açılış görüşündə “Səbail” autsayder “Keşlə”ni qəbul edəcək. “Kapital Bank Arena” isə "Sumqayıt" klubu “Qəbələ” ilə üz-üzə gələcək.

Günün digər oyunu “Zirə” ilə “Sabah” komandaları arasında baş tutacaq. Turun sonuncu qarşılaşmasında çempionluğunu vaxtından əvvəl rəsmiləşdirmiş “Qarabağ” səfərdə “Neftçi”in qonağı olacaq.

15:00. “Səbail” – “Keşlə”
Hakimlər: Səbuhi Bayramov, Nahid Əliyev, Elşad Abdullayev, Namiq Bəkirov
“ASCO Arena”

16:00. “Sabah” – “Zirə”
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Elçin Məsiyev
“Əlincə Arena”

16:00. “Sumqayıt” – “Qəbələ”
Hakimlər: Rəşad Əhmədov, Vüqar Bayramov, Qəzənfər Məmmədov, Rövşən
“Kapital Bank Arena”

18:00. “Neftçi” – “Qarabağ”
Hakimlər: Kamal Umudlu, Rahil Ramazanov, Cavanşir Yusifov, Rauf Allahverdiyev
“Bakcell Arena”

Azvision.az


Teqlər: Topaz   Liqa  





Xəbər lenti