Bakıda qəza, prospektdə tıxac yaranıb

  11 May 2019    Oxunub : 1315
 Bakıda qəza, prospektdə tıxac yaranıb
Bakının Heydər Əliyev, Şah İsmayıl Xətai prospektləri ilə Yusif Səfərov keçəsinin kəsişməsində iritonajlı yük avtomobili qəza törədib.
Bakı Nəqliyyat Agentliyindən Azvision.az -a verilən məlumata görə, bu səbəbdən hazırda Heydər Əliyev prospektində şəhər istiqamətində nəqliyyatın hərəkətində sıxlıq müşahidə edilir.

"Həmin istiqamətdə hərəkət edən sürücülərdən bunu nəzərə almalarını xahiş edirik", - deyə məlumatda qeyd edilib.

Azvision.az

Teqlər: Tıxac   Qəza