Qarabağ atları britaniyalıların qəlbini fəth edir - FOTOLAR

 Qarabağ atları britaniyalıların qəlbini fəth edir -  FOTOLAR
  11 May 2019    Oxunub:2717
Böyük Britaniya və Şimali İrlan­diya Birləşmiş Krallığının kral ailəsinin üzvlərinin şərəfinə ənənəvi olaraq təşkil edilən “Vindzor Kral At­çılıq Şousu” 2019-cu ilin 9 may tarixində start götürüb.
2014-cü ildən etibarən ölkəmizin dəvət aldığı bu beynəl­xalq at­çılıq şousu qədim və unikal mədəniyyətimizin tanıdılması üçün son dərəcə əhəmiyyətli platformaya çevrilmiş, nümayəndə heyəti­mizin hər il nümayiş etdirdiyi bən­­zərsiz şou-proqramlar və performanslar bu möhtəşəm tədbirin ayrıl­maz hissəsi kimi qəbul edilib.



Milli sərvətimiz olan Qarabağ atlarının qorunub saxlanılmasına və məşhurlaşdırılmasına Azərbaycan Res­­publikasının Prezidenti cənab İlham Əliyevin ali dəstəyi sa­yə­­sində son illər ərzində mili at cinslərimizin Azərbaycan brendi kimi dünyada tanıdılması istiqamə­tində önəmli işlər görülür. Bu tədbirlər sırasında “Vindzor Kral Atçılıq Şousu”nda Qarabağ atlarının füsünkar gözəlliyinin nümayiş etdiril­mə­si xüsusi yer tutur.



Cari ildəki “Vindzor Kral Atçılıq Şousu”nda ölkəmizi növbəti dəfə Döv­lət Sərhəd Xidmətinin süvarilər dəstəsi və rəqs ansamblı təmsil et­miş­, artıq ənənəvi olaraq öz çıxışları ilə hər kəsi valeh etməyi, hər bir tamaşaçını heyrətləndirməyi bacarıblar.



Oman Sultanlığını, Birləşmiş Ərəb Əmirliklərini, Macarıs­tanı və Bö­yük Britaniyanı təmsil edən digər atçılıq şousu iştirakçıları fo­nun­da təm­silçi­lərimizin milli geyimlərimizdə çıxışları xüsusilə fərqlən­miş, çoxsaylı tamaşaçı kütləsinin xüsusi rəğbətini qazan­ıb.



2019-cu ildə Birləşmiş Krallığın ən qüdrətli taxt-tac sahibi kimi tarixə düş­müş Kraliça Viktoriyanın xatirəsinə həsr olunmuş bu tədbir üçün nümayəndə heyətimiz tərəfin­dən xüsusi olaraq “Azərbaycanın kəlağayısı və Qara­bağ atları” adlı şou-kompozisiya hazırlanmışdır. Azərbaycan xalqının çoxsaylı maddi və mənəvi sərvətlərindən iki­sinin vəhdətindən formalaşan bu kompozisiyanın əsasını artıq Vin­dzor tamaşaçılarına çox yaxşı tanış olan, burada özünə heyranlar ordusu qazanmış, çılğınlığı və gözəlliyi ilə seçilən Qarabağ atları, eləcə də Azərbaycan qadınlarının ənənəvi baş örtüyü, ismət və gözəllik rəmzi olan kəlağayı təşkil edib.



Şou aparıcısının təmsilçilərimizin möhtəşəm çıxışını öncələ­yən təqdimatında şou-kompozisiyanın əsas elementlərindən birini təşkil edən 1500 ildən çox tarixə malik Azərbaycan kəlağayısının hələ iki əsr öncə - 1851-ci ildə Londonda keçirilmiş böyük sərgidə Kraliça Viktoriyaya hədiyyə edilməsinin vurğulanması böyük ma­raqla qarşılanıb.



Milli musiqi alətlərimizdə - balabanda, tütəkdə, zurnada, tarda, kamançada, nağarada ifa olu­nan, xalqımızın kod yaddaşının daşı­yıcıları - milli rəqsimiz yallının, gənc muğam ustası Mirələm Mirələ­mo­vun ifasında “Ay Laçın” xalq mahnısının və Emin Sa­bitoğlunun bəstələdiyi “İncəbellim” musiqisinin ecazkar sədala­rından, “Sər­hədçi” rəqs ansamblının hərarətli və çılğın rəqslərindən, Dövlət Sərhəd Xidmətinin süvarilər dəstəsinin Qarabağ atları üzə­rin­də igidlik və hünər nümunələrindən, alov püskü­rənlərin qeyri-adi perfo­manslarından ibarət şou-kompozisiya Böyük Britaniya tama­şaçı­sını sözün əsl mənasında ovsunlayıb.



Azərbaycan Respublikası Atçılıq Federasiyasının təşkilatçılığı ilə hazırlanmış şou-kompozisiyanın quruluşçu rejissoru – Azər­baycan Respublikasının əmək­dar artisti Nicat Kazımov, xoreoqrafı – Azərbaycan Respubli­kasının əməkdar artisti Nailə Məmmədzadə, süvarilər dəstəsinin rəhbəri – Azərbaycan Respublikasının əmək­dar bədən tərbiyəsi və idman xadimi Azər Həmzəyev, Alov şou qrupunun rəhbəri isə Rasim İskəndərlidir.



7 dəqiqə davam edən şou müddətində süvariləri­mizin başları üzərində Azərbaycan Respublikasının və Böyük Britaniyanın dövlət bayraqlarını dalğalandırmaları, rəqqaslarımızın ifasında qılınc­oy­nat­ma səhnələri, kəlağayımızın xalqımızın sülhsevərlik simvolların­dan biri olmasının - döyüş meydanında Azərbaycan qadını tərə­findən kəlağayının yerə atıl­ması ilə savaşa son qoyulması adətinin nü­mayiş etdirilməsi, meydandakı reklam lövhələrinin üçrəngli bay­rağı­mızın rənglərinə boyanması diqqəti xüsusi cəlb edib.



Şou-proqram tədbir iştirakçıları tərəfindən böyük coşğu ilə qar­şılanmış, əksəriyyəti brita­niya aristokratiyasından ibarət olan böyük tamaşaçı kütləsinin zöv­qünü oxşamış, tamaşaçılar ayağa qalxaraq təmsilçi­lərimizi sürəkli alqışlarla yola salıblar.










Azvision.az


Teqlər: DSX  





Xəbər lenti