FHN Gəncəni yağışın fəsadlarından qurtarır

   FHN Gəncəni yağışın fəsadlarından qurtarır
  11 May 2019    Oxunub:1980
Mayın 10-dan başlayaraq Gəncə şəhərində yağan yağışlar nəticəsində şəhərin bəzi əraziləri (evlərin zirzəmiləri, həyətyanı sahələr, küçələr) yağış suları ilə dolub.
Fövqəladə Hallar Nazirliyindən Azvision.az -a daxil olan məlumata görə, yağışın törətdiyi fəsadların aradan qaldırılması üçün nazirliyin Gəncə Regional Mərkəzindən 30 nəfərdən ibarət canlı qüvvə və 14 motopompa, Dövlət Yanğından Mühafizə Xidmətindən 27 nəfərdən ibarət canlı qüvvə, 6 motopompa, 6 texnika cəlb olunub. Suçəkmə işləri davam etdirilir.

Azvision.az



Teqlər: FHN   Gəncə  





Xəbər lenti