Pakistanda otelə hücum edilib: Yaralılar var

 Pakistanda otelə hücum edilib:    Yaralılar var
  11 May 2019    Oxunub:3026
Pakistanın Bəlucistan vilayətinin Qvadar şəhərində yerləşən beş ulduzlu "Pearl Continental Hotel"ə 3 silahlı şəxs hücum edib.
Azvision.az xarici KİV-ə istinadən xəbər verir ki,hotel ərazisi təhlükəsizlik qüvvələri tərəfindən mühasirəyə alınıb.

Məlumata görə, ərazidən atəş səsləri gəlir. Pakistanlı rəsmilərin sözlərinə görə, hoteldə olanlar təxliyə edilib. Basqın zamanı yaralıların olduğu bildirilir. Hələlik heç bir qruplaşma hadisəni öz üzərinə götürməyib.

Kənan Məmmədov
Azvision.az


Teqlər: Pakistan   Terror  





Xəbər lenti