Məktəblilərdən xoşagəlməz hərəkət - Qalmaqallı videoya aydınlıq gətirildi

  12 May 2019    Oxunub : 8027
 Məktəblilərdən xoşagəlməz hərəkət - Qalmaqallı videoya aydınlıq gətirildi
Bakı Şəhər Təhsil İdarəsi iki şagirdin müəllimin qarşısında rəqs etməsi, müəllimə əl qaldırması ilə bağlı yayılan videoya münasibət bildirib.
Qurumun mətbuat xidmətinin rəhbəri Bəşarət Məmmədov Azvision.az -a bildirib ki, videogörüntü 2017-2018-ci dərs ilinin arpel ayında çəkilib.

"Video 314 nömrəli məktəbin 6-cı sinfində, rus dili müəllimi Qurbanov Pərviz Frik oğlunun dərsində çəkilib. Həmin vaxt müəllim ayağı sındığı üçün ayağa qalxa bilmirdi. Təbiətən çox mülayim adam olan Pərviz müəllim baş verən hadisəyə görə öz ərizəsi əsasında işdən getmişdi. Videogörüntü isə həmin vaxt müəllim işdən azad ediləndən bir neçə gün sonra yayımlanmışdı".

Aytən Zəhra
Azvision.az

Teqlər: Məktəb   Video   Dərs