Polis Şöbəsində saxlanan şəxs özünü asıb

  12 May 2019    Oxunub : 2431
 Polis Şöbəsində saxlanan şəxs özünü asıb
Şəkidə Polis Şöbəsində ölüm faktı qeydə alınıb.
Azvision.az ONA-ya istinadən xəbər verir ki, narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə, şübhəli şəxs qismində Şəki Şəhər Polis Şöbəsinin müvəqqəti saxlama yerində saxlanılan rayon sakini 1987-ci il təvəllüdlü QalibTelman oğlu Məmmədov mayın 11-i saat 16 radələrində özünü asaraq intihar edib.

Faktla bağlı Şəki rayon Prokurorluğunda araşdırma aparılır.

Azvision.az

Teqlər: Şəki   İntihar   Polis