Ombudsman: “Hər bir şəhərdə sığınacaqlar yaradılmalıdır”

 Ombudsman:    “Hər bir şəhərdə sığınacaqlar yaradılmalıdır”
  13 May 2019    Oxunub:1825
"Zorakılıq qurbanları üçün regional sığınacaqların yaradılması istiqamətində təkliflər verilib və dövlət tərəfindən iş aparılır"
Azvision.az xəbər verir ki, bu barədə Ombudsman Elmira Süleymanova “Gender bərabərliyi və media” mövzusunda keçirilən konfransda bildirib. Onun sözlərinə görə, hər bir şəhərdə belə sığınacaqların yaradılmasına ehtiyac var.

Ombudsman, həmçinin qeyd edib ki, Azərbaycanda yerli və idarəetmə orqanlarında çalışan qadınların sayı ildən-ilə artır.

"Qadınlara və uşaqlara qarşı zorakılığın səbəblərini araşdırmaqla, belə halların aradan qaldırılmasına kompleks yanaşma vacibdir. Qadınların liderlik, özünəməşğulluq imkanlarının inkişafı, seçkilərdə, ictimai həyatda qərar qəbul etmədə qadın və kişilərin birgə iştirakının əhəmiyyəti barədə ictimai məlumatlılığın artırılması əhəmiyyətlidir. Qadınların iqtisadi asılılığın, iqtisadi istismarının aradan qaldırılması istiqamətində təkliflər və tövsiyyələr irəli sürülüb və tətbiq edilməsi istiqamətində işlər görülür".

Aytən Zəhra
Azvision.az


Teqlər: Ombudsman  





Xəbər lenti