Azərbaycanın hərbi helikopterləri Türkiyədədir - FOTO+VİDEO

  13 May 2019    Oxunub : 1440
 Azərbaycanın hərbi helikopterləri Türkiyədədir - FOTO+VİDEO
“Anatolian Phoenix-2019” beynəlxalq axtarış-xilasetmə təlimlərində iştirak edəcək Azərbaycan Hərbi Hava Qüvvələrinin helikopterləri Konya şəhərinə çatıb.
Müdafiə Nazirliyindən Azvision.az -a verilən məlumata görə, hərbi pilotlar plana uyğun olaraq bu gündən təlimə hazırlıq məşqlərinə başlayacaq.



Mayın 24-dək davam edəcək hərbi təlimlərdə Azərbaycan HHQ-nin 2 Mi-35 və 2 Mi-17 helikopteri iştirak edir.



Azvision.az

Teqlər: Türkiyə   MN