Bakıda şagird özünü ikinci mərtəbədən atıb

Bakıda şagird özünü ikinci mərtəbədən atıb
  13 May 2019    Oxunub:2623
Mayın 13-də tənəffüs zamanı, saat təxminən 11:20 radələrində Bakı şəhəri 273 nömrəli tam orta məktəbin VIII sinif şagirdi (müvafiq səbəblərdən şagirdin adı qeyd olunmur) dərsdən qaçmaq məqsədilə II mərtəbədəki sinif otağının pəncərəsindən əvvəlcə çantasını, sonra özünü aşağı atıb və bədəninin müxtəlif nahiyələrindən zədələr alıb.
Azvision.az xəbər verir ki, bu barədə məktəbin yaydığı məlumatda bildirilib.

Qeyd olunub ki, dərhal təcili tibbi yardım çağırılıb, şagirdin valideynlərinə xəbər verilib. Hazırda uşaq 1 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib.

"Hadisə ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən xidməti araşdırma aparılır. Araşdırmanın nəticələri barədə əlavə məlumat veriləcək"

Diqqətə çatdırılıb ki, təhsil müəssisələrində uşaqların təhlükəsizliyinin təmin olunması daim diqqət mərkəzində saxlanılır və bu kimi hallara qarşı ciddi tədbirlər görülür.

Aytən Zəhra
Azvision.az


Teqlər: Məktəb   Hadisə  





Xəbər lenti