“2020-ci il üçün 20 nəticə” - Rəsmi Bakının şərti
"İnanırıq ki, tətbiq edildikdən sonra bu nəticələr regionumuza daha böyük dərəcədə davamlılıq, rifah, inkişaf və bağlılıq gətirmək imkanında olacaqlar. Lakin “2020-ci il üçün 20 nəticə” üzrə danışıqlar bərabər tərəfdaşlar arasındakı kimi baş tutmalıdır. Bu prosesin müvəffəqiyyəti nəzərəçarpacaq nəticələrdən asılı olacaq. Həmin məqsədlərdən bəziləri Azərbaycanın əsas sektorları üzrə strateji yol xəritələrinə uyğun gəlir".
E. Məmmədyarov əlaə edib ki, Azərbaycanda dayanıqlı iqtisadi inkişafı və sosial-iqtisadi artımı təmin etmək məqsədilə institutisional və struktur islahatları davam etdirilir. Belə ki, aparılan islahatlar və təkmilləşdirilən biznes mühitinin nəticəsi olaraq, Azərbaycan Dünya Bankı tərəfindən dərc edilən sonuncu “Doing Business Report”a uyğun olaraq dünyada 25-ci yerdə qərarlaşıb:
"Həmçinin Davos Dünya İqtisadi Forumunun qiymətləndirmələrinə uyğun olaraq, artımın keyfiyyətinə görə 34-cü yeri tutur. Azərbaycan Hökuməti vətəndaşlarının bütün insan hüquq və fundamental azadlıqlarından tam yararlanmasını təmin etmək üçün genişmiqyaslı proqramlar həyata keçirməkdə davam edir. Bu xüsusda, 2019-2023-cü illərdə ədliyyə sisteminin təkmilləşdirilməsinə dair əlavə qanunvericilik və struktur tədbirlərini nəzərdə tutan ədliyyənin inkişafı ilə bağlı qəbul edilmiş Dövlət Proqramını qeyd etmək lazımdır".
Azvision.az
Teqlər: Aİ Azərbaycan