“Kinorejissor olmaq istəyirdim, anam mane oldu” - Xanım deputat (VİDEO)

  14 May 2019    Oxunub : 1189
 “Kinorejissor olmaq istəyirdim, anam mane oldu” - Xanım deputat (VİDEO)
Millət vəkili Kamilə Əliyeva “ARB Günəş”in “Mən məktəbli ikən” verilişinin qonağı olub. Deputat bildirib ki, məktəbi bitirməsindən 35 il keçməsinə baxmayaraq, o illəri hələ də unutmayıb.
“Məktəb illəri mənim xatirəmdə böyük izlər buraxıb. Erkən yaşda atamı itirdiyim üçün uşaqlığım demək olar ki, olmayıb. Tez böyümüşəm. Ailədə mənə anlatmışdılar ki, artıq atan yoxdur. Buna görə də, dərslərini yaxşı oxumaq, özünü yaxşı aparmaq lazımdır. Elə bilirdim ki, mən uşaq yox, böyük bir şəxsiyyətəm. 1-ci sinifdən 10-cu sinifədək əlaçı idim. Bir dənə belə "4" qiymətim yox idi. Ərəb dilinə böyük marağım vardı. Uşaq vaxtı kinorejissor olmaq istəyirdim. Anam bu istəyimə mane oldu. O, tibb işçisi idi və mənim həkim olmağımı arzulayırdı”.

Kamilə Əliyeva müasir dövrün şagirdlərinə öz tövsiyyələrini də verib: “İnsanın karyerasının, gələcək fəaliyyətinin əsası məktəbdə qoyulur. Buna görə də uşaqlar bütün dərslərini yaxşı oxumalıdır”.



Azvision.az

Teqlər: Deputat   Kamilə-Əliyeva