“XİN bəyanat verməlidir ki, ehtiyatlı olun!” - Səməd Seyidov

  14 May 2019    Oxunub : 1112
 “XİN bəyanat verməlidir ki, ehtiyatlı olun!” - Səməd Seyidov
"Böyük Britaniya Xarici İşlər Nazirliyinin bəyanatını eşidəndə təəccübləndik. Düşünürəm ki, heç nə təsadüfi olmur"

Azvision.az xəbər verir ki, bunu Milli Məclisin Beynəlxalq Əlaqələr və Parlamentlərarası Münasibətlər Komitəsinin sədri Səməd Seyidov deyib. Onun sözlərinə görə, Azərbaycan XİN də Böyük Britaniyaya belə bir bəyanat ünvanlaya bilər.
"Azərbaycanda 100 min əhaliyə 264, Böyük Britaniyada isə 100 min əhaliyə 7178 cinayət hadisəsi qeydə alınır. Bunlar rəsmi statistikadır. Böyük Britaniyada 100 min əhaliyə düşən cinayət statsitikası Azərbaycanla müqayisədə 30 dəfə çoxdur. Biz Böyük Britaniyaya gedən zaman Azərbaycanın Xarici İşlər Nazirliyi bəyanat verməlidir ki, ehtiyatlı olmaq lazımdır, hansısa yerlərdə sizi təhlükə gözləyir. Böyük ehtimalla bu bəyanatın bir neçə səbəbi var. İlk olaraq bəyanatın altında siyasi motivlər özünü göstərməkdədir. Hamıya bəllidir ki, bu gün Azərbaycanda böyük tədbirlər yüksək təhlükəszilik şəraitində təşkil oluna bilər. Bu cür bəyanatın verilməsi ölkəmizə qarşı işləyən qüvvələrin Azərbaycanı beynəlxalq aləmdə mənfi imiclə göstərmək, xoşagəlməz təsəvvür formalaşdırmaq cəhdini göstərir", - deyə S.Seyidov Britaniya XİN-in Azərbaycanla bağlı səyahət tövsiyyəsinə münasibət bildirib.

Anar Kəlbiyev
Azvision.az

Teqlər: Səməd-Seyidov