Bakının mərkəzi yolunu su basdı - Hazırda tıxac var

  14 May 2019    Oxunub : 1028
Bakının mərkəzi yolunu su basdı - Hazırda tıxac var
Bakının Rəşid Behbudov küçəsindən keçən su xəttində baş verən qəza ilə əlaqədar yolun hərəkət hissəsində müəyyən çətinliklər yaranıb.
Bakı Nəqliyyat Agentliyindən Azvision.az -a verilən məlumata görə, bu səbəbdən hazırda Rəşid Behbudov küçəsində nəqliyyat vasitələrinin hərəkətində sıxlıq müşahidə edilir.

“Hazırda hərəkətin intensivliyinin təmin edilməsi istiqamətində müvafiq tədbirlər görülür. İşıqforlarda yaşıl dalğa tətbiq edilib”, - məlumatda qeyd olunub.



Azvision.az

Teqlər: BNA