“ASAN Viza” ilə 1 milyon 222 min nəfərə viza verilib

 “ASAN Viza” ilə 1 milyon 222 min nəfərə viza verilib
  15 May 2019    Oxunub:3195
Artıq bir ildir ki, Azərbaycanın beynəlxalq hava limanlarında “ASAN Viza” sistemi vasitəsilə Birləşmiş Ərəb Əmirlikləri, Koreya Respublikası, Çin, İran, İsrail, İndoneziya, Küveyt, Qətər, Malayziya, Oman, Səudiyyə Ərəbistanı, Sinqapur, Türkiyə və Yaponiya vətəndaşlarına yerində vizaların verilməsi təmin edilir. Həmçinin “ASAN Viza” vasitəsilə diplomatik səfərlər, Formula 1, Avropa Liqası və s. bu kimi beynəlxalq tədbirlərlə əlaqədar Azərbaycana səfər edənlərin viza əldə etməsinə dəstək verilir.
Azvision.az xəbər verir ki, bu sözləri Elektron Hökumətin İnkişafı Mərkəzi publik hüquqi şəxsin direktoru Fariz Cəfərov jurnalistlərə açıqlamasında deyib. Mərkəzin direktoru bildirib ki, hava limanlarında vizaların yerində verilməsi prosesi hər bir əcnəbi vətəndaşın orta hesabla 2 dəqiqə vaxtını alır.

“Yeddi dildə fəaliyyət göstərən özünəxidmət terminalları və “ASAN Viza” əməkdaşları əcnəbilərin rahat şəkildə viza almasını təmin edirlər. Özünəxidmət terminallarından başqa xüsusi pəncərələrdə viza verilməsi və bank xidmətləri də həyata keçirilir, bu isə öz növbəsində ölkəyə gələn əcnəbilərə vizaların verilməsinə dəstək göstərir.

Ümumilikdə “ASAN Viza” sistemi vasitəsilə 95 ölkədən olan əcnəbilərə elektron vizaların verilməsi həyata keçirilir. “ASAN Viza” fəaliyyətə başladığı qısa müddət ərzində Azərbaycana səyahət üçün müraciət edən 1 milyon 222 mindən çox əcnəbiyə viza verilib. Bura həm www.evisa.gov.az portalı vasitəsilə, həm də hava limanlarında verilən vizalar daxildir. Hava limanlarında 376 mindən çox turistə viza verilib” .

Azvision.az


Teqlər: Viza  





Xəbər lenti