Üç futbolçu "Neftçi"dən ayrıldı

  15 May 2019    Oxunub : 667
Üç futbolçu "Neftçi"dən ayrıldı
"Neftçi” klubu üç futbolçu ilə yolları ayırıb.
Azvision.az klubun saytına istinadən xəbər verir ki, paytaxt təmsilçisi Məhəmməd Mirzəbəyov, Qoran Paratski və Petru Raku ilə müqaviləni yeniləməyib.

Qeyd edək ki, sonuncu mövsümdə Mirzəbəyov 13, Paratski 26 (2 qol), Raku isə 2 oyunda meydana çıxıb.

Azvision.az


Teqlər: Neftçi