ABAD qida sərgisində təmsil olunur

  16 May 2019    Oxunub : 615
ABAD qida sərgisində təmsil olunur
Bakı Ekspo Mərkəzində keçirilən 25-ci Yubiley Azərbaycan Beynəlxalq Qida Sənayesi “WorldFood Azerbaijan 2019” sərgisində “ABAD” publik hüquqi şəxs öz stendi ilə təmsil olunur.
ABAD-dan Azvision.az -a verilən məlumata görə, bu il də “WorldFood Azerbaijan 2019”da ABAD-çı ailələrinin istehsal etdiyi yeni məhsulları eksklüziv olaraq sərgilənib.

"Onlar arasında bir neçə çeşiddə pendirlər, badımcan kürüləri, pomidor turşusu, yağlar, meyvə şirələri, kəsmiklər, kolbosalar, meyvə quruları, qara çay və bal məhsulları dequstasiya masasında maraqla qarşılanıb".

Qeyd edək ki, sərgi mayın 17-dək davam edəcək.



Azvision.az

Teqlər: ABAD   sərgi