“Radikal müxalifəti xalq tərbiyə etməlidir” - Əli Əhmədov

  16 May 2019    Oxunub : 694
“Radikal müxalifəti xalq tərbiyə etməlidir” - Əli Əhmədov
“Mən istərdim ki, radikal müxalifət "radikal müxalifət" adını öz üzərindən götürsün. Dünyanın hər yerində radikallıqdan həm cəmiyyət, həm xalq, həm də dövlət həmişə ziyan çəkib".
Azvision.az xəbər verir ki, bunu Baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının (YAP) Sədr müavini - icra katibi Əli Əhmədov jurnalistlərə açıqlamasında deyib.

Ə.Əhmədov bildirib ki, radikal müxalifəti xalq tərbiyə etməlidir: "Çünki onlar xalqdan səs gözləyirlər. Xalq səsini kimə vermək lazım olduğunu hamıdan yaxşı bilir"

YAP-ın icra katibi vurğulayıb ki, radikallıq böyük bir nöqsandır: "Mən istəməzdim ki, Azərbaycanın müxalifətinin hansısa bir hissəsi radikalçı olsun, təəssüf hissi ilə qeyd etmək lazımdır ki, bəzi müxalifət dairələri radikalçılığı ilə bəlkə də fəxr etmək dərəcəsində səhvə yol verir. Bunun aradan qaldırılması Azərbaycan xalqının və vətəndaşlarının üzərinə düşən vəzifədir”.

Azvision.az

Teqlər: YAP   Müxalifət