Türkiyədə miqrant faciəsi: Ölən və xeyli yaralı var

Türkiyədə miqrant faciəsi:  Ölən və xeyli yaralı var
  17 May 2019    Oxunub:2352
Türkiyədə ağır yol-nəqliyyat hadisəsi baş verib.
Azvision.az xəbər verir ki, Van-Erciş yolunda miqrantları daşıyan yük maşını idarəetmədən çıxaraq aşıb.

Hadisə nəticəsində azı 5 nəfər həlak olub, 39 nəfər yaralanıb. Ölü sayının artacağı istisna edilmir. Əraziyə təcili tibbi yardım və xilasedici briqadalar cəlb olunub. Faktla bağlı araşdırma aparılır.

Azvision.az



Teqlər: Türkiyə   Qəza   Miqrant  





Xəbər lenti