Çingiz “Eurovision - 2019”da finala çıxdı - VİDEO (Yenilənib)

Çingiz “Eurovision - 2019”da finala çıxdı -  VİDEO (Yenilənib)
  17 May 2019    Oxunub:9071
“Eurovision - 2019” mahnı müsabiqəsinin ikinci yarımfinalı keçirilib.


Azvision.az xəbər verir ki, Azərbaycan təmsilçisi Çingiz Mustafayev “Truth” mahnısı ilə ikinci yarımfinalda 18-ci nömrə altında səhnəyə çıxıb.
Onun ifası uğurlu alınıb. Nəticədə Ç.Mustafayev finala vəsiqə qazanıb.

Azərbaycanla yanaşı, Şimali Makedoniya, Niderland, Albaniya, İsveç, Rusiya, Danimarka, Norveç, İsveçrə və Malta təmsilçiləri də finala çıxıblar.



***
(23:25)

“Eurovision - 2019” beynəlxalq mahnı müsabiqəsinin ikinci yarımfinalı başlayıb.

Azvision.az xəbər verir ki, paytaxt Təl-Əvivin Sərgi Mərkəzində keçirilən ikinci yarımfinalda Azərbaycanla yanaşı, Rusiya, Albaniya, Litva, Makedoniya, Malta, Niderland, Norveç, Xorvatiya, Avstriya, Ermənistan, Danimarka, İrlandiya, Moldova, Rumıniya, İsveç və İsveçrədən olan ifaçılar çıxış edəcəklər.

Təmsilçimiz Çingiz Mustafayev “Truth” mahnısı ilə ikinci yarımfinalda 18-ci nömrə altında səhnəyə çıxacaq.

Qeyd edək ki, müsabiqənin finalı mayın 18-də baş tutacaq.

Azvision.az



Teqlər: Eurovision  





Xəbər lenti