“Qida təhlükəsizliyi mərhələli şəkildə həyata keçirilir” - AQTA sədri

“Qida təhlükəsizliyi mərhələli şəkildə həyata keçirilir” -  AQTA sədri
  17 May 2019    Oxunub:1556
İkinci Bakı Beynəlxalq Qida Təhlükəsizliyi Konfransı öz işinə başlayıb.
Azvision.az xəbər verir ki, konfrans 25-ci Azərbaycan Beynəlxalq Qida Sənayesi “WorldFood Azerbaijan 2019” sərgisi çərçivəsində həyata keçirilir.

Tədbirdə çıxış edən AQTA sədri Qoşqar Təhməzli qeyd edib ki, İkinci Bakı Beynəlxalq Qida Təhlükəsizliyi Konfransının keçirilməsində əsas məqsədlərdən biri qida təhlükəsizliyi sahəsində xarici ölkələrlə və beynəlxalq təşkilatlarla əməkdaşlıq əlaqələrini daha da inkişaf etdirmək, onların Azərbaycanda qida təhlükəsizliyinin təmin edilməsinə töhfə verə biləcək layihələri səmərəli şəkildə əlaqələndirmək, həyata keçirmək və bu istiqamətdə mütəmadi olaraq fikir mübadiləsi aparmaqdan ibarətdir.

Q.Təhməzli əlavə edib ki, Agentlik bu sahədə beynəlxalq təşkilatlarla hər cür əməkdaşlığa və birgə fəaliyyətə hazırdır.

"Qida təhlükəsizliyi mərhələli şəkildə həyata keçiriləcək prosesdir. Azərbaycanda qida təhlükəsizliyi sahəsində ilk 7 il üçün dövlət proqramı təsdiq olunub və yaxın zamanlarda proqramı mərhələlərlə həyata keçirəcəyik".

Aytən Zəhra
Azvision.az


Teqlər: Qida   Agentlik   Konfrans  





Xəbər lenti