Bakıda parklanma problemi - Deputat şikayətləndi

  17 May 2019    Oxunub : 856
 Bakıda parklanma problemi - Deputat şikayətləndi
“Azərbaycanda parklanma normal meyarlar əsasında aparılmır. Təbii ki, parklanmadan toplanan vəsaitlərin böyük əksəriyyəti dövlət büdcəsinə daxil olmur”.
Azvision.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Fazil Mustafa deyib.

Deputat bildirib ki, bu sahədə özbaşınalıqlar var: “Azərbaycanda hava limanında və avtovağzalda giriş üçün ödəniş edilir. Avropada belə şey yoxdur. İnsanlar 20-30 dəqiqə içəri daxil olub çıxırsa, ondan ödəniş alınmır. Bizdə 10 dəqiqəliyə də daxil olanda ödəniş edilir. Bu, hansı meyara uyğun gəlir? Hava limanına metro yoxdur, vətəndaş bura taksi ilə gəlir. Heç olmasa bu istiqamətdə vətəndaşın problemini həll etmək lazımdır. Əgər 24 saatdan artıq qalarsa bunu tətbiq etmək olar”.

Anar Kəlbiyev
Azvision.az

Teqlər: Milli-Məclis