Ziyafət Əsgərov: “Hücumlar olacaqsa, cavablarını alacaqlar”

  17 May 2019    Oxunub : 1153
 Ziyafət Əsgərov: “Hücumlar olacaqsa, cavablarını alacaqlar”
“Azərbaycana qarşı kampaniya birinci dəfə deyil ki, aparılır. 2012-ci ildə "Avroviziya", 2015-cil də Avropa Oyunları keçiriləndə bu cür qarayaxma kampaniyaları aparılırdı. İndi də Avroliqanın finalı ərəfəsində belə addımlar atılır. Məqsəd Azərbaycanın apardığı xarici siyasətə kölgə salmaqdır”.
Azvision.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında parlamentin birinci vitse-spikeri Ziyafət Əsgərov deyib.

MM sədrinin müavini bildirib ki, Azərbaycanın inkişafını gözügötürməyən qüvvələr çoxdur: “Onlar hər vəchlə çalışırlar ki, hər hansı yarışma zamanı qara yaxsınlar. Sözsüz ki, bunun cavabı verilməlidir. Azərbaycan öz inkişafı ilə onlara cavab verir. Bundan sonra da belə olacaq. Bu cür qarayaxma kampaniyaları bundan sonra da olacaq. Kimin orada nə deməyindən asılı olmayaraq, karvan öz işindədir. Azərbaycanda təhlükəsizlik ən yüksək səviyyədə qurulub. Biz Prezident İlham Əliyevin ətrafında sıx birləşmişik. Hansı hücumlar olacaqsa, adekvat cavablarını alacaqlar. Burada narahatlığa əsas yoxdur”.

Anar Kəlbiyev
Azvision.az

Teqlər: Parlament   Azərbaycan