İstifadəyə yararsız 100 kq ət aşkarlanıb - FOTOLAR

 İstifadəyə yararsız 100 kq ət aşkarlanıb  -  FOTOLAR
  17 May 2019    Oxunub:2070
Əhalinin ərzaq təhlükəsizliyinin təmin edilməsi, insan sağlamlığına ciddi zərər vuran, istifadəyə yararsız yeyinti məhsullarının satışının qarşısının alınması istiqamətində polis orqanlarının aidiyyatı qurumlarla birgə tədbirləri davam etdirilir.
Daxili İşlər Nazirliyindən Azvision.az -a verilən məlumata görə, mayın 16-da DİN-in Baş İctimai Təhlükəsizlik İdarəsi əməkdaşları Qida Təhlükəsizliyi Agentliyinin nümayəndələri ilə birgə tədbir həyata keçirib.



Şəhərin O.Mirzəyev küçəsində yerləşən Rəvan Bağıyevə məxsus gül satışı mağazasında soyuducudan mənşəyi məlum olmayan 100 kiloqram çəkidə ət aşkar edilib. Ətdən götürülmüş nümunələr müvafiq ekspertizanın keçirilməsi üçün Qida Təhlükəsizliyi Agentliyinin laboratoriyasına təhvil verilib. Araşdırmalar aparılır.



Azvision.az



Teqlər: DİN   Ət  





Xəbər lenti