Bir gündə 955 suriyalı qaçqın ölkəsinə qayıdıb

   Bir gündə 955 suriyalı qaçqın ölkəsinə qayıdıb
  18 May 2019    Oxunub:2062
Son sutka ərzində 950-dən çox suriyalı qaçqın öz doğma yurdlarına qayıdıb. Azvision.az xəbər verir ki, bu barədə Qaçqınların qəbulu, paylanması və yerləşdirilməsi Mərkəzinin məlumat bülletenində qeyd olunub.
“Son gün ərzində xarici dövlətlərdən Suriya Ərəb Respublikasına 955 qaçqın qayıdıb. Onlardan 398 nəfəri (203 qadın, 120 uşaq) “Ceydət-Yabus” və “Tell-Kalax” keçid məntəqələri vasitəsilə Livandan, “Nəsib” keçid məntəqəsi vasitəsilə 577 nəfəri (167 qadın, 284 uşaq) isə İordaniyadan gəlib” – məlumatda bildirilib.

İlkin Nəcəfzadə
Azvision.az


Teqlər: Suriya   Qaçqın  





Xəbər lenti