“Qəbələ” ilk dəfə Azərbaycan kubokunu qazandı - VİDEO

  19 May 2019    Oxunub : 3544
 “Qəbələ” ilk dəfə Azərbaycan kubokunu qazandı - VİDEO
Bu gün futbol üzrə Azərbaycan kubokunun final görüşü keçirilib.
Azvision.az xəbər verir ki, Naxçıvanda baş tutan matçın ilk dəqiqələrində “Qəbələ” klubu hesabı açıb.

Oyun qarşılıqlı hücumlar şəraitində davam etsə də, əlavə qol vurulmayıb. Beləliklə, “Qəbələ” klubu tarixində ilk dəfə Azərbaycan kubokunu qazanıb.



***
Bu gün Azərbaycan kubokunun final görüşündə üz-üzə gələcək “Qəbələ”–“Sumqayıt” komandaların start heyətləri açıqlanıb.

Azvision.az xəbər verir ki, “Qəbələ”in start heyətində Dmitri Bezotosnı, Voislav Stankoviç, Elvin Camalov, Asif Məmmədov, Ceyms Adeniyi, İlqar Qurbanov, Lalavele Atakora, Bəhlul Mustafazadə, Təmkin Xəlilzadə, Urfan Abbasov (kapitan) və Sabien Lilay yer alıblar.

“Sumqayıt” klubunun ilk onbirliyində isə meydana Mehdi Cənnətov, Rail Məlikov, Vurğun Hüseynov (kapitan), Cavid Tağıyev, Aleksey İsayev, Bəxtiyar Həsənalızadə, Süleyman Əhmədov, Əfran İsmayılov, Ülvi İsgəndərov, Yusif Nəbiyev və Əli Babayev çıxacaqlar.

Qeyd edək ki, saat 17:00-da Naxçıvan Muxtar Respublikası stadionunda başlayacaq matçı İnqilab Məmmədov idarə edəcək.

Azvision.az

Teqlər: Kubok