Mxitaryan Bakıya gəlməyəcək - “Arsenal” rəsmən açıqladı

 Mxitaryan Bakıya gəlməyəcək -   “Arsenal” rəsmən açıqladı
  21 May 2019    Oxunub:4084
İngiltərənin "Arsenal" klubu erməni futbolçu Henrix Mxitaryanın UEFA Avropa Liqasının Bakıda keçiriləcək final oyununa gəlməyəcəyini bəyan edib.

Azvision.az xəbər verir ki, bu barədə London klubu rəsmi açıqlama yayıb. Bildirilib ki, futbolçunun özü və ailəsi ilə danışıqlardan sonra onun Bakıya aparılmamasına qərar verilib.
Qeyd edək ki, mayın 29-da Bakıda "Arsenal" və "Çelsi" komandaları arasında futbol üzrə UEFA Avropa Liqasının final oyunu keçiriləcək.

Azvision.az



Teqlər: Arsenal  





Xəbər lenti