Mingəçevirdə cərrahlar 5-7 min manat maaş alırlar

  Mingəçevirdə cərrahlar 5-7 min manat maaş alırlar
  21 May 2019    Oxunub:3289
"İyun ayından başlayaraq Mingəçevir Mərkəzi Xəstəxanasında neyrocərrahi əməliyyatların aparılması planlaşdırılır"

Bunu Azvision.az -a açıqlamasında Mingəçevir Şəhər Mərkəzi Xəstəxanası publik hüquqi şəxsin direktoru Könül Ələkbərov deyib. O bildirib ki, artıq bununla əlaqədar xəstəxanaya neyrocərrah dəvət olunub.
K.Ələkbərovun sözlərinə görə, xəstəxananda mümkün olmayan, dəyəri yüksək olan əməliyyatlar başqa klinikalarda göndərişlə həyata keçirilir: "İki il ərzində başqa klinikalarda 328 açıq ürək əməliyyatı keçirilib, 200-dən çox ürək damarlarına stend qoydurulub".

Direktor vurğulayıb ki, İcbari Tibbi Sığorta layihəsinin tətbiq olunduğu 2 il 5 ay ərzində xəstəxanada ana ölümü faktı qeydə alınmayıb.

"Xəstəxanada qeysəriyyə kəsiyi əməliyyatı keyfiyyətə nəzarət komitəsinin rəyindən asılı olaraq həyata keçirilir. Yəni əməliyyat istəyə görə yox, komitənin qərarından asılıdır. Komitə yaradılandan sonra bu əməliyyatlar 35 faiz azalıb".

Bundan başqa, baş direktor deyib ki, həkimlərin təkmilləşməsi, praktik vərdişlərin artırılması və digər xarici ölkələrə təlim keçməsi üçün göndərilməsinə başlanılıb və bununla əlaqədar gələn ay 3 ciddi konfransın keçirilməsini nəzərdə tutulub.

K.Ələkbərov əlavə edib ki, hazırda xəstəxananın cərrahları 5-7 min manat civarında maaş alırlar: "Bununla hədəflərimiz bitmir. Çalışırıq ki, tibbin ən son nailiyyətləri xəstəxanamızda tətbiq olunsun".

Elvin Abdulqədirov
Azvision.az


Teqlər: Mİngəçevir   Sığorta   Xəstəxana  





Xəbər lenti