Gəncədə ofisdən 7 min dollar oğurlanıb

Gəncədə ofisdən 7 min dollar oğurlanıb
  22 May 2019    Oxunub:2031
Gəncə şəhərində ofislərdən oğurluq edən şəxs tutulub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, oğurluq etdiyinə görə tutulmuş R.İbişovun ətrafında Nizami (Gəncə) Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onun yanvarın 26-na keçən gecə Gəncə şəhəri H.Əliyev küçəsindəki ofislərin birindən 7000 ABŞ dolları və 200 avro oğurlaması da müəyyən edilib.

Faktla bağlı araşdırma aparılır.

Azvision.az



Teqlər: DİN   oğurluq  





Xəbər lenti