Metroda artıq işıq problemi olmayacaq

  22 May 2019    Oxunub : 1485
 Metroda artıq işıq problemi olmayacaq
“Bakı Metropoliteni” QSC alternativ enerji mənbələrindən istifadə edəcək. Bu məqsədlə dizel-elektrik generatorlarından istifadə olunacaq ki, bu da fövqəladə hallar baş verdikdə “Bakı Metropoliteni” QSC-ni alternativ enerji ilə təmin edəcək.
Azvision.az xəbər verir ki, bunu QSC-nin baş mühəndisi Əlixan Osmanov deyib. Onun sözlərinə görə, təmsil etdiyi qurumun və "Azərişıq" ASC-nin potensial imkanları nəzərə alınaraq, məsələyə birgə yanaşma aspektləri, ümumi mövqe müəyyən olunub, görüləcək işlərin əsas istiqamətləri araşdırılıb. Belə ki, alternativ mənbə funksiyasını daşıyan dizel-elektrik stansiyalarının "Azərişıq" ASC-nin rayon yarımstansiyalarında yaradılması optimal variant kimi qəbul edilib.

QSC nümayəndəsi qeyd edib ki, qəza vəziyyətlərində metropolitenə enerji bu yarımstansiyalardan veriləcək. Onun sözlərinə görə, "Azərişıq" ilə hərtərəfli müzakirələrdən sonra dizel-elektrik stansiyalarının yerləşəcəyi yerlər müəyyən olunub və birgə konsepsiya hazırlanıb.

"Metropolitenin əsas enerji tələbatının ödənməsi müxtəlif güclərə malik mənbələrdən ən azı 10 yarımstansiyadan təmin olunacaq. Alınacaq generatorların ümumi gücü də artıq müəyyən olunub".

Azvision.az

Teqlər: Metro   İşıq