Yevlaxda tələbələr qəzaya düşdü: 2 ölü, 23 yaralı (Yenilənib)

  23 May 2019    Oxunub : 2883
Yevlaxda tələbələr qəzaya düşdü: 2 ölü, 23 yaralı (Yenilənib)
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Yevlaxda baş verən ağır qəza ilə bağlı məlumat yayıb.

Agentlikdən Azvision.az -a bildirilib ki, mayın 23-ü səhər radələrində Yevlax rayonunun Xaldan qəsəbəsində baş vermiş ağır yol-nəqliyyat hadisəsi nəticəsində 25 nəfər qəzaya düşüb.
Onlardan 2-si hadisə yerində keçinib, müxtəlif xəsarətlər almış 21 nəfər Yevlax Rayon Mərkəzi Xəstəxanasına, 2 nəfər isə Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Hazırda Yevlax Rayon Mərkəzi Xəstəxanasında 21 nəfərə tibb müəssisəsinin müvafiq bölmələrində yardım göstərilir. Onlardan 2-si reanimasiyadadır, 1-nin vəziyyəti ağır, digərininki isə orta-ağır qiymətləndirilir. Xəstəxanadan verilən məlumata görə, qəza nəticəsində xəsarət alanların çoxu tələbədir. Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına gətirilən 2 nəfərin sağlamlıq durumu normaldır.

Azvision.az

Teqlər: Yevlax   Qəza