Azərbaycan İstanbul Konvensiyasına qoşulacaq

Azərbaycan İstanbul Konvensiyasına qoşulacaq
  23 May 2019    Oxunub:3339
Yaxın vaxtlarda Azərbaycan "Qadınlara qarşı zorakılığın və məişət zorakılığının qarşısının alınması və onlarla mübarizə haqqında" Avropa Şurasının İstanbul Konvensiyasına qoşulacaq.
Azvision.az xəbər verir ki, bu barədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova məlumat verib. Komitə sədri bildirib ki, ölkə rəhbərliyinin xüsusi tapşırığı ilə konvensiyaya qoşulmaq üçün bir sıra addımlar atılıb.

"Azərbaycan uzun müddətdir ki, konvensiya ilə bağlı mövqeyini bildirirdi. Orada bir çox məsələlər var idi ki, o baxımdan bütün qanunvericilik sistemini dəyişməliyik. Biz buna ciddi yanaşma göstərdik. Bütün ölkələr konvensiyaya qoşulub. Azərbaycan da kənarda qala bilməz".

Aytən Zəhra
Azvision.az


Teqlər: İstanbul   Konvensiya  





Xəbər lenti