Bakıda polislərdən nümunəvi hərəkət - FOTOLAR

  23 May 2019    Oxunub : 3452
Bakıda polislərdən nümunəvi hərəkət - FOTOLAR
Səbail Rayon Polis İdarəsinin Post-Patrul Xidməti və 9-cu polis bölməsinin əməkdaşları ərazidə xidmət apararkən qucağında uşaq olan bir qadının qəfil yılxıldığını görüb yaxınlaşaraq ona ilkin tibbi yardım göstəriblər.
Azvision.az xəbər verir ki, polis əməkdaşları körpəni qucaqlarına alaraq sakitləşdirib, qadının ailə üzvlərini telefon vasitəsilə məlumatlandırıblar.

Təcili həmin əraziyə gələn ailə üzvləri və polis əməkdaşlarının köməkliyi ilə qadın 2 saylı poliklinikaya çatdırlıb. Zərərçəkmiş və yaxınları polis əməkdaşlarının bu cəfakeşliyinə görə onlara öz minnətdərlıqlarını bildiriblər.





Azvision.az

Teqlər: DİN   Polis