“Facebook” üç milyarddan çox saxta hesabı silib

 “Facebook” üç milyarddan çox saxta hesabı silib
  24 May 2019    Oxunub:2376
“Facebook” sosial şəbəkəsində ötən ilin oktyabr ayından cari ilin mart ayınadək 3 milyarddan çox saxta hesab silinib.

Azvision.az "İnterfaks"-a istinadən xəbər verir ki, 2018-ci ilin son üç ayı ərzində 1,2 milyard hesab, bu ilin üç ayı ərzində isə 2,2 milyard hesab ləğv edilib.
Şirkət bəyan edib ki, son 6 ayda sosial şəbəkədə “feyk” hesablarının yaradılması halları çoxalıb və buna qarşı mübarizə aparılır.

Azvision.az



Teqlər: Facbook  





Xəbər lenti