Bələdiyyə sədri qətlə yetirildi - Ürəyindən bıçaqlanıb

Bələdiyyə sədri qətlə yetirildi -  Ürəyindən bıçaqlanıb
  24 May 2019    Oxunub:2547
Türkiyənin Konya əyalətinin Doğanhisar şəhər bələdiyyəsinin sədri İhsan Öztoklu ürəyindən bıçaqlanıb.
AzVision.az “Sabah”a istinadən xəbər verir ki, yaralı halda Ilqın Dövlət Xəstəxanasına çatdırılan bələdiyyə sədrinin həyatını xilas etmək mümkün olmayıb.

Acı xəbəri xəstəxana önünə toplaşan insanlara Milliyyətçi Hərəkat Partiyasının (MHP) Konya əyalət təşkilatının sədri Murat Çiçek çatdırb. O deyib ki, qətli törədənlər ədalət qarşısında hesab verəcəklər: "Bu işi mən sonadək təqib edəcəyəm".

Hüquq-mühafizə orqanları hadisəyə görə 3 şübhəli şəxsi saxlayıb. Faktla bağlı istintaq davam edir.

Qeyd edək ki, inşaat mühəndisi olan İhsan Öztoklu evli və iki övlad atası idi. O, bu ilin martın 31-də keçirilən bələdiyyə seçkilərində MHP-dən “Cumhur İttifakı”ının namizədi olaraq iştirak edib və 52,46 faiz səs toplayaraq qalib gəlib.

Kənan Məmmədov
AzVision.az


Teqlər: Türkiyə   Qətl   Bələdiyyə  





Xəbər lenti