Rusiyalı nazir Heydər Əliyevin məzarını ziyarət edib - FOTOLAR

  Rusiyalı nazir Heydər Əliyevin məzarını ziyarət edib -  FOTOLAR
  24 May 2019    Oxunub:1729
Ölkəmizə səfərə gələn Rusiya Federasiyası Əmək və Sosial Müdafiə naziri Maksim Topilinin rəhbərlik etdiyi nümayəndə heyəti Fəxri xiyabana gəlib.
Azvision.az xəbər verir ki, nümayəndə heyəti müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə gül dəstələri qoyub.

Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi ehtiramla anılıb.

Şəhidlər xiyabanı ziyarət olunaraq, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olan qəhrəman Vətən övladlarının xatirəsinə ehtiram ifadə olunub, şəhidlərimizin məzarları üzərinə gül-çiçək dəstələri qoyulub.

Nümayəndə heyətinin ölkəmizə səfərində məqsəd iki ölkə arasında əmək, məşğulluq və əhalinin sosial müdafiəsi sahəsində əlaqələrin genişləndirilməsi imkanlarının müzakirəsi və gələcək əməkdaşlıq istiqamətlərinin müəyyən edilməsidir.








Teqlər: Rusiya   Nazir   FəxriXiyaban   HeydərƏliyev   Ziyarət  





Xəbər lenti