Tağıyevin heykəli nə vaxt hazır olacaq? - “İndiyədək çoxlu müraciət daxil olub”

   Tağıyevin heykəli nə vaxt hazır olacaq? -    “İndiyədək çoxlu müraciət daxil olub”
  24 May 2019    Oxunub:3448
Xəbər verdiyimiz kimi, aprelin 25-də Mədəniyyət Nazirliyi, Bakı Şəhər İcra Hakimiyyəti və Heydər Əliyev Fondu Hacı Zeynalabdin Tağıyevin heykəlinin hazırlanması ilə bağlı açıq heykəltəraşlıq müsabiqəsi elan edib.
Heydər Əliyev Fondunun əməkdaşı Rövlan Əliyev Azvision.az -a açıqlamasında bildirib ki, müsabiqə ilə əlaqədar indiyədək çoxlu müraciət daxil olub, hazırda müraciətlər gəlməkdə davam edir.

R.Əliyev deyib ki, müsabiqənin nəticələri barədə gələn ay ictimaiyyətə ətraflı məlumat veriləcək.

Qeyd edək ki, Hacı Zeynalabdin Tağıyevin heykəli “İçərişəhər” metrostansiyasının yaxınlığındakı meydançada (İstiqlaliyyət küçəsi) ucaldılacaq.

Şahanə Rəhimli
Azvision.az


Teqlər: Tağıyev   Heykəl  





Xəbər lenti