Tamah məqsədilə qadını öldürdü - Yevlaxda qətl

  27 May 2019    Oxunub : 1192
Tamah məqsədilə qadını öldürdü - Yevlaxda qətl
Mayın 25-də Yevlax rayonunun Varvara kəndi ərazisindən keçən su kanalının kənarında boğaz nahiyəsində xəsarəti olan 25-30 yaşlı qadın meyitinin tapılması barədə DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə məlumat daxil olub.
Azvision.az DİN-ə istinadən xəbər verir ki, dərhal rayonun polis və prokurorluq orqanlarının əməkdaşları hadisə yerinə gəlib, müvafiq tədbirlər həyata keçirilib.

Təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri ilə onun Bakı şəhər sakini Alyona Yanqarova olması müəyyən edilib. Faktla əlaqədar Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə A.Yanqarovanı tamah məqsədilə qətlə yetirməkdə şübhəli bilinən Qaramanlı kənd sakini, əvvəllər məhkum olunmuş Ə.Fərmanov polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.

Hazırda fakt üzrə zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Azvision.az

Teqlər: DİN   Yevlax   Qətl