Fəxri ad alan şair Türkiyəyə müalicəyə gedir
“Vəziyyət əvvəlki kimidir. Əslində Vaqifi Türkiyəyə müayinəyə çoxdan aparmalı idik, amma getməyə hazır deyildi. Bir-iki həftəyə yenidən gedəcəyik. Orada Vaqifin beynini yoxlayacaqlar və müayinənin nəticəsində biləcəklər ki, beynində vəziyyət necədir. Bundan sonra həm beyni, həm də ürəyi üçün nələr ediləcəyini müəyyənləşdirəcəklər”.
Xatırladaq ki, ötən həftə Prezident İlham Əliyev şairə Azərbaycan Respublikasının "Əməkdar incəsənət xadimi" fəxri adı verib.
Şahanə Rəhimli
Azvision.az
Teqlər: Şair