Tramp xanımı ilə sumo güləşinə baxdı - FOTOLAR

  27 May 2019    Oxunub : 928
Tramp xanımı ilə sumo güləşinə baxdı - FOTOLAR
ABŞ prezidenti Donald Trump və həyat yoldaşı Melaniya Tramp Yaponiyaya rəsmi səfər çərçivəsində yay sumo güləşi üzrə yarışları izləyiblər.
Azvision.az xəbər verir ki, müsabiqənin sonunda Amerika prezidenti kuboku yarışın qalibi, 25 yaşlı sumo güləşçisi Asanoyama təqdim edib.

11 mindən çox insanın izlədiyi yarışlara baxmaq üçün ABŞ nümayəndə heyətinə min nəfərlik yer ayrılıb. Tramp və xanımı digər rəsmilərlə birlikdə sumo güləşçilərini maraqla seyr ediblər. ABŞ lideri bu idman növünün valehedici olduğunu bildirib.

Qeyd edək ki, sumo qədim yapon döyüş sənətidir. 13 əsrlik tarixi var.











Azvision.az

Teqlər: ABŞ   Tramp   Sumo   Güləş