“ABŞ Azərbaycanı özünə etibarlı dost hesab edir” - Pompeo

  27 May 2019    Oxunub : 1114
 “ABŞ Azərbaycanı özünə etibarlı dost hesab edir” - Pompeo
Amerika Birləşmiş Ştatlarının Dövlət katibi Mayk Pompeo Azərbaycan xalqını 28 May - Respublika Günü münasibətilə təbrik edib.
Azvision.az xəbər verir ki, təbrikdə deyilir: “Respublika Günü münasibətilə Amerika Birləşmiş Ştatlarının Hökuməti adından Azərbaycan xalqına ən xoş arzularımı çatdırıram.

Amerika Birləşmiş Ştatları Azərbaycanı özünə etibarlı dost və tərəfdaş hesab edir. Qarşılıqlı ticarətin artırılması, demokratik və iqtisadi inkişafın daha da gücləndirilməsi, eləcə də xalqlarımız arasında əlaqələrin möhkəmləndirilməsi naminə əməkdaşlığımızın qarşıdakı ildə genişlənəcəyinə ümidvarıq. Biz Azərbaycanın beynəlxalq təhlükəsizliyə verdiyi mühüm töhfələri və Cənub Qaz Dəhlizi kimi enerji şaxələndirilməsi layihələrindəki liderliyini alqışlayırıq.

ATƏT-in Minsk qrupunun həmsədri kimi, tərəflərə Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə və dayanıqlı həlli yollarının tapılmasına kömək göstərməyə sadiq qaldığımızı bildiririk. Biz son zamanlar münaqişənin danışıqlar yolu ilə həlli istiqamətində tərəflərin yüksək səviyyəli iştirakını, həmçinin məhsuldar müzakirələr üçün əlverişli mühitin yaradılması və xalqların sülhə hazırlanması sahəsində göstərilən səyləri təqdir edirik”.

Azvision.az

Teqlər: ABŞ   Pompeo   Dövlət-Katibi